BNA-dan “BakıKarta” keçidi gecikdirənlərə XƏBƏRDARLIQbackend

BNA-dan “BakıKarta” keçidi gecikdirənlərə XƏBƏRDARLIQ

Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də “BakıKarta” keçid prosesini gecikdirmək məqsədilə süni narazılıqlar və problemlər yaradırlar. Bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüşü zamanı deyib.

O bildirib ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq, daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər:

“Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq, bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*