“Boeing” 200 milyon dollar CƏRİMƏLƏNDİbackend

“Boeing” 200 milyon dollar CƏRİMƏLƏNDİ

“Boeing” şirkəti “737 MAX” təyyarəsi ilə bağlı investorları aldatdığı üçün 200 milyon dollar cərimələnib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası(SEC) məlumat yayıb.

Bildirilib ki, şirkət və onun keçmiş direktoru Dennis Muilenburq 2018-2019-cu illərdə “Boeing” təyyarələrinin qəzaya uğramasından sonra ictimaiyyəti çaşdıran açıqlamalar verməkdə günahlandırılır.

Açıqlamada qeyd edilib ki, şirkət ilk qəzadan sonra təyyarənin təhlükəsizliyi ilə bağlı problemin olduğunu bilsə də, “737 MAX”ın təhlükəsiz olduğuna zəmanət verib.

Məlumata görə, şirkət “737 MAX” təyyarəsi ilə bağlı investorları aldatdığına dair ittihamları qəbul edərək 200 milyon dollar, keçmiş direktor isə 1 milyon dollar ödəyəcək.

Xatırladaq ki, 29 oktyabr 2018-ci ildə İndoneziyanın “Lion Airlines” aviaşirkətinə məxsus Boeing “737 Max 8” tipli təyyarə Cakartadan Sumatra adasının uçarkən qısa müddət sonra dənizə düşüb. Hadisə nəticəsində 189 nəfər həyatını itirib.

Efiopiya Hava Yollarına məxsus Boeing “737 Max 8” tipli sərnişin təyyarəsi 10 mart 2019-cu ildə Keniyanın paytaxtı Nayrobiyə getmək üçün Əddis-Əbəbədən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və göyərtəsində olan 157 sərnişinin hamısı həlak olub.

Efiopiyada baş verən qəzadan sonra Türkiyə, Çin, Efiopiya, İngiltərə, Almaniya, Fransa, Hollandiya, Avstriya “Boeing 737 Max” tipli təyyarələrin istifadəsini müvəqqəti olaraq dayandırıb.

Müəyyən edilib ki, hər iki qəzaya təyyarələrdə hündürlük bucağını tənzimləyən sensorlar arasında məlumat uyğunsuzluğu səbəb olub.

Keçən ilin yanvarında “Boeing” qəzalarda həlak olanların ailələrinə təzminat ödəməyə, habelə Federal Aviasiya Administrasiyasını (FAA) aldatdığına görə məhkəmə cəriməsi ödəməyə razılaşıb. Şirkətin təzminat ödənişləri və cərimələri 2,5 milyard dollar olaraq açıqlanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*