Boliviya parlamentində əlbəyaxa dava – VİDEObackend

Boliviya parlamentində əlbəyaxa dava - VİDEO

Boliviya parlamentində deputatlar və senatorlar arasında əlbəyaxa dava baş verib.

KONKRET.az-ın məlumatına görə, “RİA Novosti” agentliyi xəbər verib ki, qarşıdurmada kişilərlə bərabər, qadın parlamentarilər də iştirak edib.

Kütləvi dava Boliviya Daxili İşlər Nazirinin 2019-cu il dövlət çevrilişi ilə əlaqədar çıxışından sonra başlayıb.

Parlamentdə olan müxalifətçilər nazirdən çıxışını yarımçıq saxlamağı tələb edib. Nəticədə parlamentdə olan hakim partiyanın nümayəndələri ilə müxalifətçilər arasında qarşıdurma yaşanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*