Bolqarıstan Bakıdan əlavə 300 milyon kubmetr qaz almaq istəyirbackend

Bolqarıstan Bakıdan əlavə 300 milyon kubmetr qaz almaq istəyir

Bolqarıstan qarşıdan gələn istilik mövsümü üçün Azərbaycandan əlavə 200-300 milyon kubmetr qaz almaq istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyinə energetika naziri Rosen Xristov bildirib.

“Azərbaycanla qazın həcminin daha 200-300 milyon kubmetr artırılması ilə bağlı danışıqlar aparılır”, – o deyib.

Hazırkı müqaviləyə görə, Bolqarıstan 1 milyard kubmetr Azərbaycan qazını ala bilər.

Bununla yanaşı, Bolqarıstan Azərbaycandan əlavə (ildə təxminən 0,5-1 milyard kubmetr) qaz almağı planlaşdırır.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya – İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə başlayıb.

İnterkonnektorun olmaması səbəbindən Azərbaycan qazının Bolqarıstana nəqlinin həcmi nəzərdə tutulduğundan bir neçə dəfə az olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*