Bolqarıstan daha bir rus diplomatı ölkədən qovurbackend

Bolqarıstan daha bir rus diplomatı ölkədən qovur

Bolqarıstan hökuməti daha bir rus diplomatı “arzuolunmaz şəxs” elan etməyə qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin bu gün Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova ilə Baş nazir köməkçisi, XİN rəhbəri Yekaterina Zaxariyeva arasındakı görüşdən sonra yayımlanan açıqlamasında bildirilib.

“Bolqarıstan Xarici İşlər Nazirliyi daha bir rus diplomatı “persona non-qrata” elan edəcək və Rusiya hüquq-mühafizə orqanlarından Bolqarıstan silah anbarlarında baş verən partlayışların araşdırılması və bu cinayətləri törətmiş vətəndaşların tapılaraq ədalət mühakiməsinə çıxarılması istiqamətində Bolqarıstan hakimiyyət orqanlarına hərtərəfli kömək etməsini xahiş edəcək”,- açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*