Bolqarıstanda “exit-poll”un nəticələri məlum oldubackend

Bolqarıstanda “exit-poll”un nəticələri məlum oldu

Bolqarıstanda prezident seçkilərinin nəticələri rəsmən elan edilməsə də, bir neçə təşkilatın keçirdiyi “exit-poll”un nəticələri məlum olub.

KONKRET.az-ın xəbərinə görə, səsvermənin ikinci turunda hazırkı prezident Rumen Radev və onun rəqibi Anastas Qercikov mübarizə aparıblar.

“Gallup International” təşkilatının keçirdiyi “exit-poll”un nəticələrinə görə Radev seçicilərin 65.7%-nin səsini qazanıb. “Alpha Research” təşkilatının keçirdiyi rəy sorğusunda nəticə 63.7%, “Trend”in sorğusunda isə 64,5% təşkil edib.

Mərkəzi seçki Komissiyasının saat 17.00-a olan məlumatına görə seçici fəallığı 24.12% olub.

Qeyd edək ki, noyabrın 14-də keçirilən birinci turda R. Radev seçicilərin 49,41 faizinin, A. Qercikov isə seçicilərin 22,82 faizinin səsini alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*