Bolqarıstanda hərbi təyyarə qəzaya uğradıbackend

Bolqarıstanda hərbi təyyarə qəzaya uğradı

Bolqarıstan Müdafiə Nazirliyinə məxsus hərbi təyyarə qəzaya uğrayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, müdafiə naziri Atanas Zapryanov L-39 ZA hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasına görə Üçüncü Hava Bazasındakı aviaşousu ləğv edib.

Hadisə şənbə günü keçiriləcək aviaşouya hazırlıq zamanı baş verib.

“Faktla bağlı araşdırma aparılır. Yanğınların lokallaşdırılması və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülüb”, – Bolqarıstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*