Bolton prezident seçkilərində iştirak edəcəkbackend

Bolton prezident seçkilərində iştirak edəcək

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton 2024-cü il seçkilərində iştirakını istisna etməyib.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bu barədə o, tviter hesabında yazıb.

Bolton Respublikaçılar Partiyasının Trampdan imtina etmədiyi təqdirdə belə bir qərar verəcəyini bəyan edib.

“Əgər hazırkı Respublikaçı namizədlər Trampın seçkilərdə iştirakını qəbul etsələr, mən yarışmağa hazıram”, – o deyib.

Qeyd edək ki, Con Bolton 2018-2019-cu illərdə ABŞ prezidentinin müşaviri olub. O, istefasından sonra Trampı tənqid edən memuar yazıb.

Xatırladaq ki, Tramp noyabr ayında 2024-cü il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*