Borel Rusiyadan yan keçən yeni nəqliyyat dəhlizlərinin tikintisinə ÇAĞIRDIbackend

Borel Rusiyadan yan keçən yeni nəqliyyat dəhlizlərinin tikintisinə ÇAĞIRDI

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirməlidir.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib.

Onun fikrincə, enerji təchizatında, xammal idxalında və Rusiyadan yan keçən yeni nəqliyyat dəhlizlərində regionun potensialından istifadə etmək lazımdır.

O hesab edir ki, Rusiya və Çin Mərkəzi Asiyada aparıcı rol oynamaqda davam edir.

“Aİ olaraq bu dəyişikliklərdən istifadə etməkdə maraqlıyıq. Biz regionla əlaqələri dərinləşdirməli, onun enerji təchizatında və Rusiyadan asılı olmayan yeni nəqliyyat dəhlizlərindəki potensialından istifadə etməliyik”, – deyə Borel Mərkəzi Asiyaya səfərindən sonra bloqunda yazıb.

O qeyd edib ki, söhbət Qazaxıstanda inkişafını müzakirə etdiyi Trans-Xəzər nəqliyyat marşrutundan gedir.

Onun sözlərinə görə, Aİ son 10 ildə Mərkəzi Asiya ölkələrinə 105 milyard avro sərmayə qoyub və bu göstəricidə Rusiya və Çini qabaqlayır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*