Boris Conson Kiyevin fəxri vətəndaşı oldu.
KONKRET.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko telegramda məlumat verib.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevin fəxri vətəndaşı olub.
“Kiyev Şəhər Şurası Ukraynanın böyük dostu Boris Consona Kiyevin fəxri vətəndaşı adının verilməsi barədə qərarı təsdiqləyib. Boris Ukrayna paytaxtına dəfələrlə səfər edib – həm sülh dövründə, həm də ruslara qarşı mübarizəmizin ən dramatik vaxtında. Conson bunu etdi və əminəm ki, Böyük Britaniya və dünya liderlərinin Ukraynaya lazımi yardımı göstərməsi üçün mümkün olan hər şeyi etməyə davam edəcək”, – Kliçko bildirib.
Kliçko Consona verdiyi dəstəyə görə təşəkkür edib.
“Biz bu fəxri mükafatı təqdim etmək üçün yenidən Kiyevdə gözləyirik!”, – deyə mer əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az