Boris Conson: “Ukrayna “ikinci Çeçenistan” ola bilər”backend

Boris Conson: "Ukrayna "ikinci Çeçenistan" ola bilər"

“Ukrayna “ikinci Çeçenistan” ola bilər”.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, bunu İngiltərə Baş naziri Boris Conson deyib. O bildirib ki, təxmin edilən qarşıdurma Ukrayna üçün “ağrılı, qanlı iş”, Rusiya dövləti üçün “yeni Çeçenistan” olacaq.

“Ukraynaya təcavüzün… ağrılı, qanlı bir hadisə olacağı mesajını çatdırmalıyıq… Rusiyalıların bunun yeni Çeçenistan ola biləcəyini başa düşmələri çox vacibdir. Mən bir neçə dəfə Ukraynada olmuşam. Bu ölkənin insanları haqqında bir az məlumatım var… döyüşəcəklər”, – Conson deyib.

O ümid etdiyini bildirib ki, “Kreml də bunu anlayır” və izah edib ki, Britaniyanın işi “dostların və tərəfdaşların, xüsusən də Avropadakı sərt sanksiyalar paketi ilə çıxış etmələrini təmin etməkdir”.

“Bu, işğalın mütləq olması demək deyil, geri dönmək olar, sağlam düşüncə hələ də qalib gələ bilər, lakin Böyük Britaniya iqtisadi sanksiyalar paketinin hazırlanması işinə rəhbərlik edir və Ukraynaya silah verməklə özünü müdafiə etməyə kömək edir”, – Baş nazir vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*