Boris Yeltsinin yaxın adamı Bakıda vəfat etdi – FORUMA GƏLİBMİŞbackend

Boris Yeltsinin yaxın adamı Bakıda vəfat etdi – FORUMA GƏLİBMİŞ

Rusiyanın eks-prezidenti Boris Yeltsinin yaxın adamı, Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) keçmiş dövlət katibi Gennadi Burbulis 77 yaşında Bakı şəhərində vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Mənbə yazır ki, Burbulis IX Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanın paytaxtına gəlib.

Xatırladaq ki, Sovet və Rusiya dövlət xadimi Gennadi Burbulis 4 avqust 1945-ci ildə Sverdlovsk vilayətinin Pervouralsk şəhərində anadan olub. 1973-cü ildə Ural Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib.

1991-1992-ci illərdə dövlət katibi və Rusiya baş nazirinin birinci müavini vəzifələrində çalışıb.

RSFSR tərəfindən Belovejskaya müqavilələrinin imzalanmasında iştirak edib. Rusiya Federasiyası Dövlət Dumasının I və II çağırışlarında deputat (1993-1999) olub. Novqorod vilayətinin vitse-qubernatoru (2000-2001) vəzifəsində çalışıb, bölgədən Federasiya Şurasının üzvü (2001-2007) seçilib. Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*