Borrelin bəyanatı Ermənistanın növbəti şousuna SÖZARDIDIRbackend

Borrelin bəyanatı Ermənistanın növbəti şousuna SÖZARDIDIR

“Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası çətin prosesdir və bu, mərhələ-mərhələ həyata keçirilməlidir”. Bu, siyasi ekspertlərin fikridir. Amma həmin prosesə mane olan tərəflər də var. Bunlar sülhü əngəlləyən qüvvələr və onların əlində alətə çevrilən separatçılardır. Regionda gedən proseslər göstərir ki, Azərbaycan ərazisindəki erməni separatçıları xüsusi təlimatla hərəkət edir və onların reallıqla barışmaq niyyəti yoxdur.

Bir neçə gün əvvəl Nikol Paşinyanın mətbuat konfransında “Ermənistan Qarabağ ermənilərinin taleyini dəyişə bilməz”, – fikiri separatçılara mesaj idi.

Sözü ilə əməli uyğun gəlməyən Paşinyan Qarabağı Azərbaycanın tərkibində tanıması haqqındakı bəyanatla siyasi alıver edir. Onun bu bəyanatı beynəlxal aləm üçün hesablanıb. Paşinyan bununla Azərbaycana ərazi iddiası olmadığı mesajını verir, ardınca isə Laçın yolunun bağlanmasından, Qarabağ ermənilərinin “əzab”larından narahat olduğunu deyir və Azərbaycanla razılaşmadan ərazimizə 19 tır avtomobil karvanı göndərir. Əslində Paşinyan Qarabağa göndərdiyi avtomobil karvanının Laçın sərhəd məntəqəsindən buraxılmayacağını bilirdi .Amma bu addım siyasi şou yaratmağın, Azərbaycanı ittiham etməyin asan yoludur.

Humanitar yüklərin daşınması üçün Ağdam yolunun təklifini qəbul etməyən ermənilər nəyin bahasına olursa-olsun Laçın dəhlizindən keçməyi qarşılarına məqsəd qoyublar.

Avropa İttifaqının prezidenti Şarıl Mişelin Bərdə-Ağdam-Xankəndi marşrutunu dəstəkləyən bəyanatında qeyd olunur ki, humanitar yüklər həmin yolla daşınsın.

Avropa İttifaqının ali nümayəndəsi Josef Borrelin Qarabağdakı humanitar vəziyyətlə bağlı bəyanatında isə ermənilərə dəstək ifadə olunur. Bu cür bəyanatlar və ermənilərin təxribatları Azərbaycanı öz yolundan saxlaya bilməyəcək. Azərbaycanın mövqeyini dəyişməyəcəyini hər kəs yaxşı anlayır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*