Borrellin Mərkəzi Asiya səfəri, 300 milyard avro, Rusiyaya qarşı TƏKLİF – İLGİNC DETALLARbackend

Borrellin Mərkəzi Asiya səfəri, 300 milyard avro, Rusiyaya qarşı TƏKLİF - İLGİNC DETALLAR

“Borrell məcburi təbəssümlə Səmərqəndə gəldi. Bəli, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi müsyö Borrel diplomatiya baxımından özünü çox qəribə şəkildə üzə çıxardı”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Beynəlxalq həyat” jurnalının köşə yazarı Sergey Filatov özünün analitik şərhində bildirib.

Siyasi şərhçi vurğulayır ki, Avropa diplomatik xidmətinin rəhbəri açıq şəkildə Aİ-Mərkəzi Asiya nazirlərinin görüşünün tribunasından öz tərəfdaşlarını Avropa Birliyinin maraqları naminə dərin əməkdaşlığa çağırır. Görünən odur ki, Qərb gərgindir və istəyində çox tələsir. Bəli, o, Mərkəzi Asiyaya da elə bu niyyətlə gəlib. Çünki Avropa İttifaqı (Aİ) bundan sonra nə Avropaya hökm çıxaran ABŞ-dan, nə də üz çevirdiyi Rusiyadan, eləcə də uzaq Afrikadan yardım ala bilməyəcək. Ekspert ironik şəkildə Avropa ölkələrini keçmiş müstəmləkəçilər adlandırır.

Analitikin şərhində deyilir ki, Borrell və onun ətrafının marağı Mərkəzi Asiya dövlətlərinin resurslarına yönəlib. Əks təqdirdə Aİ dünya iqtisadiyyatının göyərtəsindən atılacaq. Köhnə dünyadakı Hindistan, Afrika, Yaxın Şərq və Cənubi Amerikadakı beş əsrlik müstəmləkələri Avropanı qurtara bilməyəcək.

Sergey Filatov keçmişə diqqət yetirib: Bir vaxtlar Böyük Britaniyada Kral quldurları Morqan və Drake Cənubi Amerikadan qızılla dolu İspan karvanlarını, Ost-Hind şirkəti isə Hindistanı “soyurdu”.

London Siti yenə dünyanın aparıcı maliyyə mərkəzi rolunu oynamaq istəyir. Dumanlı Albion asan və daha firavan həyat arzulayır. Politoloqa görə, anqlosaksonlar xarici resurslar olmadan yaşaya bilməz. Onsuz da ingilislərin kifayət qədər enerji resursu yoxdur və belə getsə, tezliklə avtomobillər üçün peyindən yanacaq hazırlayacaqlar! Bloomberg yazır ki, “Böyük Britaniya ailələrinin təxminən yarısı kasıblayıb”.

Analitik hesab edir ki, buna görə də Borrellin Səmərqəndə gəlişi çox böyük əhəmiyyət daşıyır. O, Rusiyadan yan keçməklə Avropa Birliyinin Mərkəzi Asiya ilə Avropa arasında ticarət dəhlizi yaratmaqla bağlı strateji planını ortaya qoyub.

Böyük İpək Yolu

 

Özbəkistana səfəri zamanı o, geniş nitq söyləyib. Onun nitqində diqqəti cəlb edən odur ki, marşrut artıq Aİ-nin saytındadır. Və bu, faktiki olaraq, Rusiyadan tamamilə imtinadır. “Böyük slavyan dövlətini demək olar ki, “ləğv etdilər”. Ən azı xəritədə”, – deyən Filatov daha sonra müsyö Borrellin Aİ-Mərkəzi Asiya nazirlərinin görüşünü şərh edərək niqtindəki bəzi nüanslara diqqət yetirib:

  • – Mərkəzi Asiyanın geostrateji əhəmiyyəti artır. Bu günlərdə Mərkəzi Asiya geostrateji və geoiqtisadi baxımdan hadisələrin mərkəzindədir. (Qəribədir, deyilmi? Deyəsən, bütün dünya mətbuatı digər regionlardan – Ukraynadan, Tayvandan, böhranlı Avropadan gələn informasiyalarla doludur, amma Borrell, necə deyərlər, qonaqpərvər ev sahiblərinin qarşısında “əyilmə” qərarına gəlib, bu da onlar üçün bir siqnaldır: “AB əyilməyə qadirdir” – S. F.).
  • – Mərkəzi Asiya tərəfdaşlarımızla ənəkdaşlığımızı şaxələndirməyə çalışdıqca, Aİ-nin daha fəal iştirakını istəyirlər. Və əlbəttə ki, biz kommunikasiya, enerji və təhlükəsizlik sahələrində birlikdə daha çox şey edə bilərik.
  • – Aydındır ki, region öz münasibətlərini şaxələndirməyə çalışır və Aİ-yə üstünlük verilən tərəfdaş kimi baxılır.
  • – Aydındır ki, Rusiya, eləcə də Çin regionda mühüm rol oynayıb və oynamaqda davam edir.
  • – Aİ-də gedən dəyişikliklərdən yararlanmaqda maraqlıyıq. Biz regionla əlaqələrimizi dərinləşdirməli və onun enerji təchizatı, kritik xammal və Rusiyadan müstəqil yeni nəqliyyat dəhlizləri (“Orta Dəhliz” və ya “Trans-Xəzər dəhlizi” adlanan) baxımından təklif etdiyi böyük potensialdan istifadə etməliyik.
  • Əsas problem əməkdaşlığı bu təməllər üzərində qurmaq və sürətlə dəyişən geosiyasi kontekstə yeni təkan verməkdir.
  • – Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Dəhliz üzrə texniki-iqtisadi əsaslandırma üzərində işləyir. Sözsüz ki, real maneələr var, lakin eyni zamanda bu maneələrin aradan qaldırılmasında ortaq öhdəlik və strateji maraq da var.
  • – Aİ regionun əsas ticarət və investisiya tərəfdaşıdır. Son on il ərzində Aİ regiona 100 milyard avrodan çox sərmayə qoyub və bu, bizi Rusiya və ya Çini xeyli qabaqlayan ən böyük investisiya mənbəyinə çevirib.
  • – Səmərqənddə biz Mərkəzi Asiyanın bütün beş ölkəsinin iştirak etdiyi 9-cu Mərkəzi Asiya Nazirlər Görüşünü keçirdik.
  • – Təhlükəsizliyə gəlincə, biz rus işğalının yaratdığı “şok dalğaları” müzakirə etdik. Aydın coğrafi və tarixi səbəblərə görə, bölgə balanslaşdırılmış bir yanaşma tələb edir. Və təbii ki, region Rusiya müharibəsinin mənfi təsirini minimuma endirmək istəyir.
  • Sürətli dəyişikliklər dünyasında bir-birimizə ehtiyacımız var. Biz Brüsseldə keçiriləcək Aİ-Mərkəzi Asiya nazirlərinin növbəti görüşünü izləmək üçün çox çalışacağıq.
  • – Orta Asiyada bütün müzakirələrdə dəbdə olan “Bağlantı” sözü gündəmdədir. Bu məntiqlidir: region strateji baxımdan Şərqlə Qərb arasında yerləşir. Əsrlər boyu Orta Asiya Uzaq Şərqin Avropa ilə birləşdirilməsində əsas rol oynayıb, çünki mallar və ideyalar İpək Yolu boyunca irəli-geri hərəkət edir.
  • – Lakin ümumilikdə mövcud nəqliyyat və digər əlaqələr yaxşı inkişaf etməyib. Bir çox Mərkəzi Asiya ölkələrinin Rusiyadan keçməyən və ondan asılı olmayan Avropa və dünya bazarlarına çıxışı yoxdur.
  • – 300 milyard avroya qədər olması gözlənilən qlobal maliyyələşdirmə sayəsində biz böyük sözləri konkret hərəkətlərə çevirə və bunu davamlı şəkildə edə bilərik.

Qeyd: Sergey Filatov deyir ki, Borrel 300 milyard avroluq çeki yelləyərkən bunun təsirli olacağına əmin idi. Politoloq başqa bir sual qoyur: Sərmayələr tezliklə buraya gələcəkmi və Aİ rəhbərliyi onları hansı “sızan” cibdən alacaq?

Borrel Səmərqəndə onu da deyib ki, “Ticarət və investisiyanın davam etməsi üçün bizə sabit qanunlar və hörmət edilməli olan beynəlxalq hüquq lazımdır. Qanunlara əsaslanan beynəlxalq nizam dediyimiz şey dövlətlərin təhlükəsizliyini, insanların azadlığını və şirkətlərin investisiya etmək istəyini təmin edir”.

Siyasi şərhçi hesab edir ki, “Bu mesajla Avropa Mərkəzi Asiya ölkələrini Qərbin “qayda-qanunlarına” tabe olmağa çağırır. Çox spesifik bağlantı: siyasi güzəştlər müqabilində pul, əlbəttə ki, Rusiyaya qarşı”.

Borrelin nitqindəki daha bir QIRMIZI XƏTT: “Əsas mesaj ondan ibarət idi ki, biz Avropada, Mərkəzi Asiyadakı tərəfdaşlarımız kimi, “strateji muxtariyyətimizi” təşviq etmək zərurətini görürük. Beləliklə, hamımız necə və kiminlə ünsiyyət quracağımızı sərbəst seçə bilək”. (Və yenə də – “Avropa seçim azadlığı” şəraitində “kimlə ünsiyyətə ehtiyac duyacaqları” alıcılara birbaşa işarə edir. Bu, artıq gülməli deyil – LGBT+ Orta Asiyada!))) – S.F.).

S.Filatov daha sonra yazır: “Deməli, Borrell Orta Asiyaya “Rusiyadan üz döndərin, Avropa Birliyinə tərəf dönün” mesajı ilə gəlib. Ola bilsin ki, bu, Aİ-nin irimiqyaslı da olsa, sonuncu təşəbbüslərindən biridir – digər sahələrdə Aİ kifayət qədər iş görür. Amma bu, açıq şəkildə Avropa liderlərinin siyasətinin mənasını və diqqət mərkəzində olduğunu göstərir.

Görünən odur ki, Avropa İttifaqında iqtisadiyyat və resurslarla bağlı hər şey o qədər mürəkkəbdir ki, Aİ rəhbərliyi resurslar və siyasi dəstək üçün Mərkəzi Asiyadan kömək umur.

Kansler Şolz da bu yaxınlarda eyni şəraitdə Pekində bir neçə saat keçirib. Amma Çin lideri ona çox vaxt ayırmayıb”.

Hazırladı: Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*