Boşanıb yenidən ailə quran qadın uşağa görə aliment ala bilər? – Vəkil AÇIQLADIbackend

Boşanıb yenidən ailə quran qadın uşağa görə aliment ala bilər? - Vəkil AÇIQLADI

“Azərbaycanda mövcud qanunvericiliyə əsasən, qadın yenidən ailə həyatı qurduğu təqdirdə, birinci nikahdan olan uşağına görə alimentin ödənilməsi davam edir. Bu isə bəzi hallarda ata tərəfinin narazılığına yol açır”.

Bu fikirləri hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib.

Hüquqşünas Tağı Hüseynov:"Corabım geyindirilməli, ayaqqabım  təmizlənməlidir" - Oxu.az

“Hazırkı qaydalara görə, boşanmış valideynlər arasında uşağın kimdə qalacağına məhkəmə qərar verir və bu qərar dəyişdirilmədikcə, ata aliment ödəməyə borcludur. Lakin bəzi atalar hesab edirlər ki, qadın ikinci dəfə ailə həyatı qurduqda, uşağın onlarla, yəni bioloji ataları ilə yaşaması daha məqsədəuyğundur. Onlar bildirirlər ki, övladlarının yad kişi ilə eyni evdə yaşaması, xüsusilə, yeniyetmə yaş dövründə olan qız və ya oğlan uşaqları üçün psixoloji travmalara səbəb ola bilər”.

Hüquqşünas vurğulayır ki, həmçinin, qadının ikinci dəfə ailə qurması və həyat yoldaşı ilə başqa ölkəyə köçməsi vəziyyətində, uşağın atasının onunla ünsiyyəti məhdudlaşdırıla bilər. Bu da atalıq hüququnun pozulması kimi qiymətləndirilir.

“Qeyd edək ki, hazırda Azərbaycan qanunvericiliyində qadının ailə qurması faktı, aliment öhdəliyinə təsir etmir. Yəni, qadın neçə dəfə ailə qursa da, birinci nikahdan olan övlad üçün aliment əvvəlki kimi davam etdirilir”.

Ekspert bu məsələ ilə bağlı hüquqi mexanizmlərin yenilənməsinin vacibliyini vurğulayır. Onun fikrincə, hər bir vəziyyət fərdi şəkildə qiymətləndirilməli, uşağın mənafeyi əsas götürülməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*