Boşanmadan da aliment almaq olarmış – Qanunda bilmədiyimiz məqamlarbackend

Boşanmadan da aliment almaq olarmış - Qanunda bilmədiyimiz məqamlar

Sən demə, boşanmadan da aliment almaq olarmış.

KONKRET.az xəbər verir ki, bütün bunlar qanunla tənzimlənir. Qanuna görə, tək qadın yox, uşaqları yanında qalan kişi də həyat yoldaşından boşanmadan aliment tələbi sürə bilər.

Yəni uşaq kimin himayəsində qalırsa, digər tərəf ona aliment ödəməlidir. Əgər tərəflərdən biri uşaqların saxlanmasında, maddi təminatında iştirak etmirsə, yəni onlara hər hansı maddi dəstək göstərmirsə, uşaqla birgə qalan tərəf qarşı tərəfdən aliment tələb edə bilər. Hər bir uşağa sabit pul məbləği – 235 manat nəzərdə tutulur.

Əgər cavabdeh şəxsin maaşı və digər gəlirləri varsa, o halda Ailə Məcəlləsinin 76-cı maddəsinə görə bir uşağa görə gəlirlərin maaşın dörddə biri, iki uşağa görə üçdə biri, 3 uşağa görə isə yarısı nəzərdə tutulur.

Hazırladı: Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*