Bosniya və Herseqovinanın insan hüquqları və qaçqınlar üzrə naziri Miloş Luçiç vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada şübhəli bilinərək saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “RTRS” telekanalı məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları korrupsiya işi üzrə sübutların tapılması məqsədilə şübhəli şəxsin yaşayış və iş yerində axtarışlar aparır.
Luçiç qanunla müəyyən edilmiş müddətdə hüquq-mühafizə orqanlarının nümayəndələrinin müşayiəti ilə prokurorluğa təhvil veriləcək. Qərar şübhəlinin dindirilməsindən sonra veriləcək.
İqbal Rzayev,
KONKRET.az