Boynunda kəmər və yaralarla: Domodedovoda 17 yaşlı tələbə qız öldürüldübackend

Boynunda kəmər və yaralarla: Domodedovoda 17 yaşlı tələbə qız öldürüldü

Moskva yaxınlığındakı Domodedovoda mənzildə bıçaq yaraları və boynunda kəmər olan tələbə qızın cəsədi tapılıb. Polisi hadisə yerinə cəsədi aşkar edən mərhumun bacısı çağırıb. Qızın valideynləri şəhərdə olmayıblar və hazırda evlərinə tələsirlər. Müstəntiqlər təcavüzkarın mənzilə necə girdiyini müəyyənləşdirirlər.

KONKRET.az yerli mətbuata istinadən xəbər verir ki, qızın cəsədi Domodedovonun Svetlaya (İşıqlı) küçəsində tapılıb, onun boynunda sıxılmış kəmər olub. Ona görə də əvvəlcə tələbənin könüllü olaraq dünyasını dəyişməsi qərara alınıb. Ancaq sonradan qızın bədənində bıçaq yaralarının olduğu müəyyənləşib. Yalnız bundan sonra qətllə bağlı cinayət işi açılıb. Cinayətkarın evə necə girdiyi hələ məlum deyil – qızın onunla tanış olduğu və dünən gecə evdə görüşməsinə icazə verdiyi ehtimal edilir.

Qeyd edək ki, qız bu il Bauman adına Moskva Dövlət Texniki Universitetinə daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*