“Böyük bacım məni amansızcasına döyürdü“ – Xoşqədəmbackend

“Böyük bacım məni amansızcasına döyürdü“ - Xoşqədəm

Aparıcı Xoşqədəm Baxşəliyeva uşaqlıq illərində bacısı tərəfindən döyüldüyünü etiraf edib. 

KONKRET.az xəbər verir ki, ailə üzvünü “Günaydın, Azərbaycan” adlı yeni verilişinə dəvət edən aparıcı bacılarının onu qısqandığını bildirib:

“Böyük bacım uşaqlıq illərimdə başıma müsibətlər gətirirdi, amansızcasına döyürdü. Məni atama ən çox qısqanan da bu bacım idi. Çünki atam məni hədsiz dərəcədə çox sevirdi. Rusiyaya gedəndə mənim üçün gözəl paltarlar alırdı. Səkkiz bacıyıq, ona görə də qısqanırdılar”.

Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva sözügedən proqramda türkiyəli müğənni həyat yoldaşıyla birlikdə aparıcılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*