Keir Starmer aylar ərzində Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Sky News” nəşri məlumat dərc edib.
“İki yüksək rütbəli Leyborist millət vəkili təklif edib ki, hökumət zəif işləməyə davam edərsə, Böyük Britaniyanın Baş naziri Starmer aylar ərzində istefa verməli ola bilər”, – nəşr mənbələrə istinadən yazıb.