Braziliya hökuməti “Facebook” şirkətini və onun braziliya şöbəsini “Cambridge Analytica” (İngiltərə) şirkətin vasitəsinən informasiya axını ilə bağlı məsələyə görə 1,6 milyon dollar məbləğində cərimələdi.
KONKRET.az bildirir ki, bu barədə dekabrın 30-da Brazilyanın Ədliyyə və İctimai Təhlükəsizlik Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
Ədliyyə Nazirliyinin tabeliyindəki tənzimləyiciyə görə, söhbət “440 mindən çox istifadəçinin şəxsi məlumatlarının şübhəli məqsədlər üçün istifadəsindən gedir”. Bundan əlavə Nazirlik istifadəçi məlumatları ilə işləyərkən standart profil məxfilik parametrlərini seçməyin nəticələri barədə qeyri-kafi şəkildə məlumatlandıran şirkətləri zəif təhlükəsizlik tədbirlərinə görə tənqid etdi.