Braziliya Prezidenti seçim etdi: Tramp, yoxsa Harris?backend

Braziliya Prezidenti seçim etdi: Tramp, yoxsa Harris?

Braziliya lideri Luiz İnasio Lula da Silva ABŞ-dəki seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Da Silva Harrisin demokratiyaya daha güclü təkan verəcəyini düşünür.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçıların namizədi Donald Tramp və Demokratların namizədi Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparacaqlar. Tramp artıq bir dəfə – 2017-2021-ci illərdə ABŞ prezidenti olub.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*