Braziliya prezidenti Zelenski ilə görüşdən imtina etdibackend

Braziliya prezidenti Zelenski ilə görüşdən imtina etdi

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb.

Zelenski Argentina prezidentinin andiçmə mərasiminə gedərkən Braziliyada dayanaraq Silva ilə görüşməyi təklif edib, lakin o, bundan imtina edib.

Zelenskinin təklif etdiyi vaxt və şərait qəribə hesab olunub. Ukrayna lideri dekabrın 9-da axşam saatlarında Braziliyadakı aviabazada təyyarəsinə yanacaq doldurmaq üçün dayanıb. O, təyyarə enişindən iki saat sonra Argentinaya uçub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*