Braziliyada futbolçular təyyarə qəzasında həlak oldular – FOTObackend

Braziliyada futbolçular təyyarə qəzasında həlak oldular - FOTO

Braziliyanın Portu-Nasiunal (Tokantis ştatı) şəhərində təyyarə qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Globo” nəşri bildirib.

Hadisə zamanı təyyarədə pilotdan başqa, Braziliyanın dördüncü divizionunun klubu “Palmas”ın prezidenti və dörd futbolçusu olub. Onların hamısı qəza zamanı həlak olublar.

Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan dərhal sonra uçuş zolağı yaxınlığında qəzaya uğrayıb.

“Palmas” həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib. Komanda sabah səfərdə “Vila-Nova” klubuna qarşı oynamalı idi. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*