Braziliyada rekord temperatur qeydə alındı  – 42,5 dərəcəbackend

Braziliyada rekord temperatur qeydə alındı - 42,5 dərəcə

Braziliyada hava xəbərdarlığının “qırmızı” səviyyəsi elan edilib. Belə ki, noyabr ayı üçün Braziliyada rekord temperatur qeydə alınıb – 42,5 dərəcə.

KONKRET.az xəbər verir ki, Braziliyanın 3000-ə yaxın şəhərində anomal istilər səbəbindən “qırmızı” hava xəbərdarlığı elan edilib. Beş gündən çox müddətə temperaturun orta hesabla 5 dərəcə yuxarı olacağı gözlənilir və bu, sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Termometrin 58,5 dərəcəyə qalxdığı Rio-de-Janeyro və ətraf ərazilərdə havanın temperaturu rekordu qırıb. Ən azı cümə gününə qədər davam edəcəyi gözlənilən isti dalğasından 100 milyondan çox insan zərər çəkib.

Keçən həftə açıqlanan meteoroloji araşdırmanın nəticələri bu ilin iyulundan oktyabr ayına qədər ölkə üzrə orta temperaturun tarixi orta səviyyədən yüksək olduğunu müəyyən edib.

Cənub yarımkürəsində yayın başlamasına bir aydan çox vaxt qalmış isti dalğası, kondisionerlərin davamlı işləməsi səbəbindən Braziliyada elektrik istehlakı rekord səviyyəyə çatıb.

Alimlərin fikrincə, insanlar planeti istiləşdirən istixana qazlarını atmosferə vurmağa davam etdikcə, bir çox bölgələrdə qeyri-adi isti hava dövrləri daha uzun və daha intensiv oacaq.

Rəsmiyyə Şəriova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*