Braziliyanın baş məşqçisi istefa verdibackend

Braziliyanın baş məşqçisi istefa verdi

Braziliya millisinin baş məşqçisi Tite istefa verib.

KONKRET.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.

O, bu qərarı rəhbərlik etdiyi komandanın Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Xorvatiya yığmasına uduzmasından sonra verib.

Tite 2016-cı ildən Braziliya millisini çalışdırır. 2018-ci ildə Braziliya Futbol Konfederasiyası onunla müqaviləni 2022-ci ilə qədər, yəni Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər uzadıb.

Qeyd edək ki, Braziliya-Xorvatiya matçı 1:1 hesabı ilə başa çatsa da, penaltilər seriyasında Avropa təmsilçisi rəqbini üstələyib və yarımfinala keçən ilk komanda olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*