Amerikalı aktyor Bred Pitt Kventin Tarantinonun “Bir dəfə… Hollivudda” filmində oynadığı rola görə “ən yaxşı ikinci plan aktyoru” nominasiyasında BAFTA Film Mükafatına layiq görülüb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, ancaq o, Londona mükafatlandırmaya gələ bilməyib və filmdə həmkarı Marqo Robbi vasitəsilə öz nitqini çatdırıb.
Aktyor Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə özünü saxlaya bilməyib və zarafat edib:
“Hey, Britaniya, indi təksiniz — kluba xoş gəlmisiniz!”.
Bu haqda məlumatı “RadioTimes” nəşri yayıb.
“Şadam ki, bu mükafat ABŞ-a onun yanına gedəcək”. Robbi belə deyib.
Brexit haqda zarafatı, Şahzadə Harri və onun həyat yoldaşı Meqan Marklınn getməsi haqda xəbəri zalda əyləşən kral ailəsinin ən böyük üzvlərindən olan Şahzadə Çarlz və həyat yoldaşı Kate Middleton da dinləyib.
Böyük Britaniyanın Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) 2 fevral 2020-ci ildə mükafatın laureatlarının adlarını açıqlayıb.
Babək Göyüş
KONKRET.az