Brenda Şaffer Əhməd Obalıya hücumu PİSLƏDİbackend

Brenda Şaffer Əhməd Obalıya hücumu PİSLƏDİ

ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şafer Çikaqo şəhərində yaşayan Güney azərbaycanlı, GunAzTV-nin rəhbəri Əhməd Obalıya qarşı hücumu kəskin pisləyib.

KONKRET.az xəbər verir ki, o, bu barədə tviterdəki hesabında yazıb.

“İran qətlin astanasındadır. Son iki həftə ərzində İranda 60-dan çox adam, o cümlədən İsveç vətəndaşı Həbib Çaab edam edilib. Bu həftəsonu Kaliforniyada Əhməd Obalıya sui-qəsd cəhdi olub. Obalı Çikaqodan İrana yayımlanan televiziya kanalını idarə edir”, – Brenda Şafer qeyd edib:

“Son iki həftədə İranda edam edilənlərin əksəriyyəti etnik azlıqlardandır”.

O, qeyd edib ki, həyatına sui-qəsd edilən Əhmad Obalı Kaliforniyadakı azərbaycanlıların rəhbəridir: “İran rejimi ABŞ və avropalılara hücum etməkdən çəkinmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*