Açıq mənbələrə əsaslanan məlumatlara (OSINT kanalları) görə, Böyük Britaniyaya məxsus HMS Queen Elizabeth aviadaşıyıcısı Süveyş kanalını keçərək Yaxın Şərq istiqamətində hərəkətini davam etdirir.
KONKRET.az bildirir ki, gəminin bölgədə artan gərginlik fonunda potensial hərbi əməliyyatlara dəstək məqsədilə irəlilədiyi ehtimal olunur. London hələlik bu hərəkətlə bağlı rəsmi açıqlama verməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az