Britaniya Baş Qərargah rəisi: Qoşunlarımız yenidən Avropada döyüşə hazır olmalıdırbackend

Britaniya Baş Qərargah rəisi: Qoşunlarımız yenidən Avropada döyüşə hazır olmalıdır

Britaniya Baş Qərargahının yeni rəisi, general Patrik Sanders deyib ki, Britaniya ordusu “yenidən Avropada döyüşə hazır olmalıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ukrinform nəşri yayıb.

Mənbə yazır ki, bazar ertəsi Baş Qərargah rəisi vəzifəsində Mark Karlton-Smiti əvəz edən general Patrik Sanders hərbçilərə Ukraynadakı müharibə şəraitində qarşılaşdıqları çətinliklər barədə xəbərdarlıq edib.

“Müttəfiqlərimizlə bərabər döyüşə biləcək və döyüşdə Rusiyanı məğlub edə biləcək ordunun yaradılmasına ehtiyac var… Biz ordunu Avropada yenidən döyüşmək üçün hazırlayacaq nəsilik. Mən 1941-ci ildən bəri Avropada kontinental dövlətin iştirak etdiyi quru müharibəsi zamanı orduya komandanlıq edən ilk Baş Qərargah rəisiyəm. Rusiyanın Ukraynaya təcavüzü bizim əsas məqsədimizi müəyyən edir. Böyük Britaniyanı qorumaq, quruda döyüşməyə və müharibələrdə qalib gəlməyə hazır olmaq lazımdır”, – general vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*