Britaniya Ermənistana yeni səfir təyin etdibackend

Britaniya Ermənistana yeni səfir təyin etdi

Böyük Britaniya Ermənistana yeni səfir təyin edib.

KONKRET.az xəbər verir, bu barədə erməni KİV-ləri Birləşmiş Krallıq hökumətinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildən İrəvandakı səfir Con Qallaheri vəzifəsində Aleksandra Koul əvəz edəcək.

Səfir 2025-ci ilin sentyabrında vəzifəsinin icrasına başlayacaq.

Daha əvvəl A.Koul Gürcüstanda, daha sonra isə Qətərdə missiya rəhbərinin müavini vəzifəsində çalışıb. Yeni təyinatından əvvəl Yaxın Şərq və Şimali Afrika regionunda fövqəladə hallar üzrə fəaliyyət planlaşdırması şöbəsinə rəhbərlik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*