Britaniya gəmisi Yəmən sahillərində hücuma keçibbackend

Britaniya gəmisi Yəmən sahillərində hücuma keçib

Yəmən sahillərində Britaniya gəmisi hücuma məruz qalıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Dövlət Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.

“Dövlət Hərbi Dəniz Qüvvələri Yəmənin Hudeydə şəhərindən 48 dəniz mili cənub-qərbdə insident barədə məlumat aldı. Kapitan gəmidən xeyli aralıda partlayışın şahidi olub”, – məlumatda deyilir.

Qeyd olunur ki, ekipaj üzvlərindən heç biri xəsarət almayıb, gəminin özü isə təyinat yerinə getməyə davam edir. Departament həmçinin gəmilərə Yəmən sahillərindən keçərkən diqqətli olmağı tövsiyə edib. (Apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*