Britaniya nüvə yanacağı bərpa edəcəkbackend

Britaniya nüvə yanacağı bərpa edəcək

Britaniya müdafiə ehtiyacları üçün nüvə yanacağının istehsalının bərpası variantlarını araşdırmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Con Hili bildirib.

“Böyük Britaniya müdafiə məqsədləri üçün reaktor yanacağı istehsal etmək üçün nüvə yanacaq dövriyyəsini canlandırmaq variantlarını araşdırır”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, hökumət müdafiə ehtiyacları üçün nüvə yanacağının istehsalını modernləşdirmək niyyətindədir.

Hökumət bu proqramın həyata keçirilməsi variantlarını hazırlamaq üçün sənaye nümayəndələri ilə işləyir.

Eyni zamanda, nazir vurğulayıb ki, yanacaq istehsalı Londonun beynəlxalq öhdəliklərinə, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə tam uyğun olacaq.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*