Britaniya Rusiyanın dondurulmuş aktivlərini QAYTARMAYACAQbackend

Britaniya Rusiyanın dondurulmuş aktivlərini QAYTARMAYACAQ

Moskva Ukraynaya dəymiş ziyana görə kompensasiya ödəməyə razı olana qədər Britaniya Rusiyanın dondurulmuş dövlət aktivlərini qaytarmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Britaniya rəsmilərinə istinadən yazıb.

Qeyd olunub ki, Britaniya hökuməti Avropa İttifaqından olan həmkarları ilə birlikdə Rusiyanın dövlət aktivlərinin müsadirə edilməsi imkanını müzakirə edir, lakin bu məsələ ilə bağlı hələlik qərar qəbul edilməyib.

Hakim Mühafizəkarlar Partiyasının bəzi üzvləri, eləcə də müxalif Leyboristlər Partiyasının nümayəndələri və Ukrayna hökuməti Rusiyanın Böyük Britaniyadakı 26 milyard funt sterlinq dəyərində qiymətləndirilən aktivlərinin tamamilə müsadirə edilməsini və Kiyevə verilməsini təklif edir.

Nəşr əlavə edib ki, Britaniya hökuməti Rusiya Mərkəzi Bankının krallıqda yerləşdirilmiş vəsaitlərini müsadirə etməkdən imtina edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*