Britaniya Rusiyaya yenə diş qıcadıbackend

Britaniya Rusiyaya yenə diş qıcadı

Ukraynada müharibə başa çatdıqdan sonra Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq. İngilislərin bu addımı Moskvanın öz hərbi imkanlarını tez bir zamanda bərpa edə bilməməsinə hesablanıb.

KONKRET. az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın biznes və ticarət nazirinin müavini Nüsrət Qani deyib. Onun sözlərinə görə, Britaniya hökuməti hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra “Rusiyanın hərbi potensialının bərpasının” qarşısını almaq niyyətindədir.

Rusiyanın Ukraynaya hücumundan bəri London təxminən 1,8 min rusiyalını qara siyahıya salıb. Rusiya fiziki və hüquqi şəxsləri və onların 18 milyard funt sterlinqdən (23 milyard dollar) çox olan aktivlərini dondurub. Dekabrın 11-də Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyi bildirmişdi ki, Krallıq Ticarət Sanksiyalarının İcrası Ofisini yaradacaq və o, özəl şirkətlərin Rusiyaya qarşı sanksiyalara əməl etməsinə nəzarət edəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*