“Dekabrın 14-də Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olması xəbəri məni kədərləndirdi”.
KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old tviterdə yazıb.
“Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, – o bildirib.