“Helsinki sülh planının hazırlanmasında iştirak edəcək”.
KONKRET.az xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.
Finlandiya lideri sammit iştirakçılarının ümumi fikri bölüşdüyü üç məqamı xüsusi qeyd edib. Birincisi, münaqişənin sona çatması, ikincisi, Ukraynaya hərbi, siyasi və iqtisadi dəstəyin davam etdirilməsi, üçüncüsü, sülh sazişinin zərurətidir.
Stubbın sözlərinə görə, hazırda Ukrayna, Böyük Britaniya və Fransa sülh planı hazırlayır.
Norveç və Finlandiya da öz növbəsində bu ölkələrə dəstək verir. Bununla belə, Stubb heç bir təfərrüat açıqlamayıb.
Lakin o qeyd edib ki, yaxın günlərdə Finlandiya və Ukrayna tərəfləri bəzi detalları müzakirə edəcəklər.
Vəli Həsənoğlu,
KONKRET.az