Britaniyada bir gündə COVID-19-dan 128 insan öldübackend

Britaniyada bir gündə COVID-19-dan 128 insan öldü

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 42 589 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, krallıq ərazisində bir gün ərzində koronavirus qurbanlarının sayı 128 nəfər artıb.

Son sutkada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 1 295-dir. Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 303 110 nəfərə çatıb.

Məlumata görə, ötən gün krallıq ərazisində virusdan ölənlərin sayı 173 nəfər təşkil edib, 1 346 nəfər COVID-19-a yoluxub.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*