Britaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən rusiyalı iş adamı saxlanıldıbackend

Britaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən rusiyalı iş adamı saxlanıldı

Böyük Britaniya Milli Cinayət Agentliyi çirkli pulların yuyulmasında şübhəli bilinən rusiyalı iş adamını saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.

Qeyd olunub ki, axtarış zamanı bir neçə elektron cihaz və xeyli miqdarda nağd pul götürülüb.

Saxlanılan iş adamı və onun iki tanışı dindirildikdən sonra zaminə buraxılıb.

Bundan əvvəl Şpitsbergen arxipelağında qadağan olunmuş foto çəkilişdə ittiham olunan rusiyalı iş adamı Andrey Yakuninin işi üzrə keçirilən prosesdə prokuror ona 120 sutka həbs cəzası istəyib.

Yakunin rusların Norveç hava məkanında pilotsuz uçuş aparatları ilə uçmasına qoyulan qadağanı pozmaqda ittiham olunur. Yakuninin Britaniya-Rusiya vətəndaşlığı var. Mətbuatın yazdığına görə, Yakunin özü bu qadağadan xəbəri olmadığını bildirib və özünü Rusiyadan daha çox Böyük Britaniya ilə bağlı hesab etdiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*