Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Sky News telekanalı məlumat yayıb.
Mənbə qeyd edib ki, söhbət 30 dəqiqə davam edib.
Starmer Pezeşkianı “Yaxın Şərqdə gərginliyin azaldılmasına” kömək etməyə çağırıb.
Günel Mikayılova,
KONKRET.az