Britaniyanın Serbiyadakı səfirinə rəsmi Belqradın cavabı gecikmədibackend

Britaniyanın Serbiyadakı səfirinə rəsmi Belqradın cavabı gecikmədi

Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin Böyük Britaniyanın Belqraddakı  səfiri  Edvard Ferqyusona cavab verib.

KONKRET.az RİA Novostiyə istinadən xəbər verir ki, ingilis səfir  İkinci Dünya Müharibəsi zamanı Yuqoslaviyanın  əsasən ukraynalıların azad etməsini  bəyan edib. Vulin bildirib ki, səfir Ferqyusonun Belqradın azad edilməsi zamanı Sovet ordusu sıralarında neçə ukraynalı və ya rusun döyüşdüyünü  necə hesabladığını bilmir: “Amma mən əminəm ki, heç kim Qırmızı Ordunun tərkibində nə qədər britaniyalı, şotlandiyalı, irlandiyalı və ya uelsli pilot olduğunu hesablamayıb. 1944-cü ilin Pasxa bayramında uçan yüzlərlə bombardmançı təyyarə  Serbiyanı bombalayıb”. Daha əvvəl Rusiyanın Belqraddakı səfirliyi bildirmişdi ki, Ferqyuson İkinci Dünya Müharibəsi zamanı Serbiyanın azad edilməsində sovet əsgərlərinin rolunu aşağılamağa, Londonun Serb torpaqlarının nasistlərdən təmizlənməsinə verdiyi töhfəni süni şəkildə “artırmaq” üçün tarixi həqiqəti təhrif etməyə çalışıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*