Brusellyoz xəstəliyinə qarşı monitorinqə başlanıldıbackend

Brusellyoz xəstəliyinə qarşı monitorinqə başlanıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının və regional sınaq laboratoriyalarının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə brusellyoz xəstəliyinə qarşı seroloji monitorinqin keçirilməsinə başlanılıb.

Agentlikdən KONKRET.az-a verilən məlumata görə, təsərrüfatlarda saxlanılan südlük iribuynuzlu heyvanlar və törədici buğalar arasında monitorinqlər 46 rayonda (şəhərdə) ümumilikdə 427 fermer və ailə təsərrüfatlarını əhatə edəcək. Toplanılan diaqnostik nümunələrin müasir üsullarla müayinəsi aparılacaq.

Eyni zamanda seroloji monitorinqlərin nəticələrindən asılı olaraq zəruri baytarlıq tədbirləri həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*