Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, agentliyin İranda yoxlamalarının tam bərpası ölkənin nüvə obyektlərinə hərbi zərbə endirilməsi riskini azaldacaq.
KONKRET.az xəbər verir ki, Qrossi bunu MAQATE-nin Rəhbərlər Şurasının sessiyasının açılışından sonra keçirdiyi mətbuat konfransında deyib.
Jurnalistlərin nüvə obyektlərindən informasiya sızması təhlükəsi ilə bağlı sualını cavablandıran Qrossi vurğulayıb:
“Səmimi şəkildə inanıram ki, əgər MAQATE İranda bütün lazımi yoxlamalarla fəaliyyətini bərpa edə bilsə, ölkəyə qarşı hərbi əməliyyatların başlanması ehtimalı xeyli azalacaq”.
Onun sözlərinə görə, agentlikdə məlumatlara ciddi nəzarət olunur və informasiya sızması ehtimalı tamamilə istisna edilir.
Müşviq Tofiqoğlu
KONKRET.az