“Bu, Azərbaycanın səbir kasasını daşıran son damla oldu” – Rusiyalı politoloqbackend

"Bu, Azərbaycanın səbir kasasını daşıran son damla oldu" - Rusiyalı politoloq

“Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsinin qurulması barədə qərarı məcburi xarakter daşıyıb və Laçın dəhlizinin Ermənistandan Qarabağa müxtəlif silah növləri, minalar, silah-sursat göndərilməsi məqsədi daşıyan istifadəsi ilə əlaqədardır”.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin təsis edilməsini şərh edən politoloq bildirib ki, Azərbaycanın hərbi yük maşınının ermənilərin basdırdığı minaya düşməsi rəsmi Bakının səbir kasasını daşıran son damla olub.

“Müəyyən edilib ki, orada sayı onlarla olan bu piyadaəleyhinə və tankəleyhinə minalar 2021-ci ilə aiddir və Ermənistan ərazisində istehsal edilib. Ermənistanın reaksiyasına gəldikdə, bu, ifrat dərəcədə isterikdir. Əlbəttə, Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi İrəvan tərəfindən bəyənilmir. Əksinə, hansısa “yeni erməni soyqırımı”, “etnik təmizləməyə” hazırlıq və s. barədə təbliğat xarakterli bəyanatlar səslənir. Lakin bunlar bəyanat olaraq qalır. Reallıqda isə sadəcə nəzarət proseduru həyata keçiriləcək. Erməni millətindən olan qanunları pozmayan vətəndaşlar maneəsiz olaraq Qarabağdan Ermənistana gedə və geriyə qayıda biləcəklər”, – deyə İqor Korotçenko əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

  • Nazim
    Aprel 25, 2023 - 00:03

    Yeganə yol ermənilərin Azərbaycandan rədd olub getməsidir,əgər Ermənistanda bir nəfər Azərbaycanlı yoxdursa nədən separatistlər Azərbaycanda yaşamalıdır.Hansı ki, bu ermənilər sonradan Azərbaycana köçürülənlərdir.Amma Ermənistan Azərbaycanlıların dəfə baba torpağıdır!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*