“Bu, böyük sevgi hekayəsidir” – Saakaşvili həbsxanadan YAZDIbackend

"Bu, böyük sevgi hekayəsidir" - Saakaşvili həbsxanadan YAZDI

Ukraynada islahatlar İcraiyyə Komitəsinin rəhbəri, Gürcüstanın keçmiş prezidenti (2004-2013 illərdə), hazırda öz ölkəsində həbsxanasında olan Mixail Saakaşvili şəxsi həyatı ilə bağlı baş verənlərə nöqtə qoyub.

KONKRET.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, o, bununla bağlı özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, keçmiş həyat yoldaşı Sandra Rulofsla münasibətləri birdəfəlik dayandırıb.

“Şəxsi həyatım ilə maraqlananlar üçün yazıram. İndi şəxsi həyatımdan daha böyük mübarizə aparıram. Bununla belə, bu barədə suallar səsləndiyindən bildirmək istəyirəm ki, mənim bütün əvvəlki münasibətlərim başa çatıb. Və bir neçə ay əvvəl mən və Liza Yasko taleyimizi birləşdirmişik.

Biz uzun müddət bir ailə, tamhüquqlu tərəfdaş kimi birlikdə yaşayırıq. Bu, böyük sevgi hekayəsidir və mən özümü xoşbəxt hiss edirəm.

Mən insanların bizim şəxsi həyatımıza hörmət etməsini istəyirəm, həm də birlikdə inanılmaz bir həyat yaşadığımız üçün Sandraya dərin sevgimi, hörmətimi və minnətdarlığımı bildirirəm”, – Saakaşvili yazıb.

Siyasətçi əlavə edib ki, hazırda Gürcüstan təcridxanasında aclığı davam etdirmək və sonadək mübarizə aparmaq niyyətindədir.

Öz növbəsində Ukraynanın xalq deputatı Yelizaveta Yasko “Facebook “da yazıb: “Sizdən şəxsi həyatımıza hörmət etməyinizi xahiş edirəm. İndi əsas mübarizə Mixail Saakaşvilinin azad edilməsidir”.

Mixail Saakaşvili oktyabrın 1-də Gürcüstana qayıdandan sonra həbs olunub və Yasko ilə birlikdə bir-birinə sevgilərini elan ediblər.

Sandra Rulofs da ərinin Yasko ilə ona xəyanət etdiyini açıqlayıb. Buna baxmayaraq, Saakaşvilini dəstəkləyəcəyini də bəyan edib./lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*