Bu dəfə 50 jurnalist qalib oldubackend

Bu dəfə 50 jurnalist qalib oldu

“MEDİA Agentliyinin fərdi jurnalist müsabiqəsinin əsas məqsədi jurnalistlərin yaradıcı sərbəstliyini stimullaşdırmaqdır”.

KONKRET.az xəbər verir ki, bunu açıqlamasında Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.

O bildirib ki, artıq jurnalistlər əvvəlcədən müəyyən edilmiş mövzularda material hazırlamaq məcburiyyətində qalmadı.  Müsabiqədə sadəcə jurnalistikanın janrlarına uyğunlaşmış istiqamətlər təklif edildi:

“Jurnalistə müsabiqə elan olunan günədək son 3  aylıq dövr ərzində dərc olunmuş hər hansı bir materialının müsabiqəyə təqdim etmək sərbəstliyi verildi. İlk dəfə televiziya repartyorları və televiziya operatorları da müsabiqəyə qatıldı. Fərdi jurnalist müsabiqəsində Azərbaycanın region mediasının fəallığı özünü göstərdi”.

Məlumata görə, müsabiqəyə 100-dən çox media subyektinin 250-yə yaxın əməkdaşı müraciət edib. 14 qəzet və jurnal, 16 veb-sayt, 4 İnformasiya Agentliyinin, 8 televiziya və 1 radionun əməkdaşı ümumilikdə 70 nəfər əməkdaşı müsabiqədə qalib gəlib.

Qəzet, jurnal və saytların 50 əməkdaşı 10 nominasiya üzrə qalib olub.

Audiovizual mediada təmsilçiləri arasında 5 nominasiyada hər birində 2 jurnalist və 2 operator olmaqla 20 qalib müəyyənləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*