Bu dövlət orqanında işə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏbackend

Bu dövlət orqanında işə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Yeni növ koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması ilə əlaqədar Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Xidmətdən KONKRET.az-a verilən məlumata görə, qeyd olunan məsələyə Xidmətin İnsan resursları Baş İdarəsinin rəisi vəzifəsini icra edən Elməddin Süleymanov aydınlıq gətirib.

O qeyd edib ki, işə qəbulla bağlı müsabiqələr vergi orqanlarının kadr ehtiyatı bazasının mütəmadi olaraq yenilənməsi və resursların genişləndirilməsi üçün peşəkar kadrların vergi orqanlarına cəlb olunması prosesinə xidmət edir. 2020-ci ildə də dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib və namizədlər martın 3-dən aprelin 3-nə qədər elektron ərizə vasitəsilə qeydiyyatdan keçiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*