“Bu, ən biabırçı səviyyə idi” – Rustamyan SƏRT DANIŞDIbackend

"Bu, ən biabırçı səviyyə idi" - Rustamyan SƏRT DANIŞDI

Ermənistan Milli Assambleyasında son zamanlar artan gərginlik və qarşılıqlı təhqirlər 2026-cı il parlament seçkilərinə hazırlıqla əlaqələndirilir.

KONKRET.az xəbər verir ki, bu fikri müxalif “Hayastan” fraksiyasının deputatı Armen Rustəmyan jurnalistlərə açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, hakimiyyət nümayəndələrinin davranışı bəzən aqressiyanı təşviq edir və “ən sərt bəyanatlara görə mükafat verilir” təəssüratı yaranır.

Son insident Hayastan fraksiyasından olan Levon Köçəryanın çıxışından sonra baş verib. O, ailəsinə qarşı yönəlmiş əmlakın mənimsənilməsi ittihamlarına cavab olaraq bildirib ki, əgər hakimiyyət haqlıdırsa, bu zaman hər şeyi satıb ölkədən gedəcəklər.

Bu açıqlama parlamentin vitse-spikeri Akop Arşakyanın kəskin reaksiyasına və nəticədə deputatlar arasında əlbəyaxa davaya səbəb olub.

Rustamyan hadisəni parlament tarixində “ən biabırçı səviyyə” adlandırıb:

“Onlar məsuliyyətin və nəticələrin fərqində deyillər. Halbuki, bu hadisələr təkcə Ermənistanda deyil, ölkə hüdudlarından kənarda da izlənilir,” – deyə o, vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*