Bu ərazilərə suyun verilməsi dayandırıldıbackend

Bu ərazilərə suyun verilməsi dayandırıldı

Xətai rayonunun bir hissəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar içməli suyun verilişində fasilə yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, qəzaya görə Aşıq Ələsgər, Xudu Məmmədov, Məhəmməd Hadi, Rahib Məmmədov, Çingizxan Kərimov, Qədir Məmmədov, Məhsəti, Sadıqcan, Polad Həşimov, Ramiz Quliyev, Cavanşir, Əbilov küçələri, 9-cu Əhmədli, 7-ci Əhmədliyə içməli suyun verilişi dayandırılıb.

Hazırda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*