Cari ilin sonuna kimi sənədsiz evlərin dövlət qeydiyyatına alınması üçün yeni portalın istifadəyə veriləcəyi gözlənilir.
KONKRET.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, ölkədə qanunsuz tikililər daha çox Bakı və Abşeron yarımadasının payına düşür. Onun sözlərinə görə, bəzi evlər əmlak amnistiyasından kənarda qalacaq. Ekspert deyib ki, son illər paytaxtın Qaradağ, Binəqədi , Nərimanov, Xəzər, Sabunçu və Suraxanı rayonlarında qadağan olunmuş ərazilərdə təxminən 30 000-ə yaxın həyət evi inşa olunub.
Ekspert bildirir ki, bu ərazilərdə evlərin tikilməməsinə icazə verilməməsinin əsas səbəbi həmin torpaqların digər təyinatlı torpaqlar olmasıdır.
Daha ətraflı video-materialda:
İnandırıcı deyil ki, bu xidmət aktivləşdikdən sonra da əmlak məsələlərində vətəndaşlar problemlərlə qarşılaşmasınlar. Əmlak məsələləri üzrə Dövlət komitəsinin adı gələndə insanın ağlına bir neçə söz gəlir: rüşvət, süründürməçiliy, yazılı müraciətlərə boş-boş şablon cavablar və sairə.